ELM VƏ TƏHSİL


Emin Əmrullayev: Sertifikasiyadan keçən müəllimlərin müsahibələrinin dərslər başlananadək bitməsi planlaşdırılır VİDEO

Bakı, 7 sentyabr, AZƏRTAC

Sertifikasiyadan keçən müəllimlərin müsahibə mərhələsinin sentyabrın əvvəllərində keçiriləcəyi nəzərdə tutulur. Bu prosesin dərslər başlananadək bitməsi planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev söyləyib. Nazir bildirib ki, bununla bağlı artıq müsahibə komissiyaları yaradılıb. Bu proses bəzi müəllimlərlə üzbəüz, digər müəllimlərlə isə onlayn qaydada olacaq.

“Eyni zamanda, müsahibə mərhələsini sentyabrın 15-dək bitirməyi düşünürük ki, sentyabrda müəllimlər əməkhaqlarına müəyyən əlavələri də ala bilsinlər”, - deyə Emin Əmrullayev vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.