CƏMİYYƏT


Emin Əsgərzadə: Könüllülük fəaliyyəti gənclərin karyerasının ilk pilləsidir

Bakı, 7 dekabr, Həsrət Mahmudova, AZƏRTAC 

Azərbaycanın ev sahibliyi etdiyi Formula 1 Qran-Prisində üç ildir könüllü kimi fəaliyyət göstərirəm. Bundan əlavə, AFFA-da və “ASAN xidmət”də də könüllü kimi çalışmışam. Formula 1-də könüllü olmağımın məqsədi özümə yeni dostlar qazanmaq, təcrübəmi zənginləşdirmək, dil biliklərimi inkişaf etdirməkdir. Həmçinin dünyada ən çox sevilən idman növlərindən olan Formula 1 yarışının Azərbaycanda təşkilində iştirak etmək istəyirəm.

Bunu dekabrın 7-də Bakıda keçirilən Azərbaycan könüllülərinin həmrəylik festivalının iştirakçısı Emin Əsgərzadə AZƏRTAC-a müsahibəsində deyib.

E.Əsgərzadə bildirib: “Könüllülük fəaliyyəti gənclərin karyerasının ilk pilləsidir. Könüllülər gələcəkdə xarici ölkələrdə karyera qurmaqla uğur əldə edə bilərlər. Formula 1 yarışlarının təşkilatçısı olan “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti könüllülər üçün geniş imkanlar təqdim edir, onların fəallıqlarının artırılmasına şərait yaradır. Belə ki, könüllülər seminarlara, danışıq klublarına cəlb olunurlar. Bu imkanlardan yararlanan könüllülər dil biliklərini artırır, yarışlar vaxtı özlərini daha yaxşı göstərə bilirlər. Seminarlar müxtəlif mövzularda təşkil olunur. Məsələn, birinci seminarda könüllülərə karyera qurmaq mövzusunda təlim keçirilib. Bu seminarda biz gənclər karyera qurmaq mövzusunda zəruri biliklər əldə edirik. Sürətə həyəcan qatmaq istəyən gəncləri Formula 1-ə gəlməyə çağırıram”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.