İDMAN


Emin Mahmudov: Komanda olaraq oyuna tam hazırıq

Emin Mahmudov: Komanda olaraq oyuna tam hazırıq

Bakı, 23 mart, AZƏRTAC

Komanda olaraq oyuna tam hazırıq. Rəqibin oyunlarını izləmişik, üstün və zəif cəhətlərini bilirik.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Avro-2024”ün seçmə mərhələsi çərçivəsində səfərdə Avstriya yığmasının qonağı olacaq Azərbaycan millisinin kapitanı Emin Mahmudov martın 23-də təşkil olunan mətbuat konfransında deyib.

Emin Mahmudov bildirib ki, son oyunlarda nümayiş etdirdiyimiz oyunumuzu davam etdirməliyik: “Komandada əhval-ruhiyyə yaxşıdır. Avstriya yaxşı pressinqə malik rəqibdir, sıx oynayır. Təbii ki, əsas məsələ rəqibə oynamağa imkan verməməkdir. Son oyunlarda ardıcıl qələbə seriyası yaxalamışıq. Çalışacağıq ki, uğurlu seriyanı davam etdirək”.

Qeyd edək ki, martın 24-də Linzdəki “Raiffeisen Arena”da keçiriləcək Avstriya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.