İDMAN


Emin Mahmudov “Neftçi”də 150-ci oyununu keçirib

Bakı, 8 avqust, AZƏRTAC

Emin Mahmudov “Neftçi”də 150-ci oyununu keçirib. Bu, Misli Premyer Liqasının I turuna təsadüf edib.

AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, “Şamaxı” ilə səfər görüşü Bakı klubunun yarımmüdafiəçisi üçün yubiley xarakteri daşıyıb. İkinci hissənin gedişində meydana daxil olan Emin ağ-qara formadakı 150-ci oyununda vurduğu qolla komandasına qələbə qazandırıb – 1:0.

Mahmudov Premyer Liqada 118, ölkə kubokunda 12, avrokuboklarda 20 matç keçirib. O, “Neftçi”dəki 150 qarşılaşmada 32 dəfə rəqib qapısına yol tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.