İDMAN


Emin Mahmudov: Oyuna niyə bu qədər gec qoşulduğumuzu bilmirəm

Bakı, 10 avqust, AZƏRTAC

İlk hissədə gec oynamağa başladıq. Çox vaxt topu itirirdik. Elə rəqib də bundan istifadə elədi. Nəticədə onların əks hücumları effekt verdi. Niyə oyuna bu qədər gec qoşulduğumuzu bilmirəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Neftçi” klubunun kapitanı Emin Mahmudov UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində İsrailin “Bney Yahuda” komandası ilə (2:2) oyundan sonra deyib.

“Düşünmürəm ki, bu nəticə ardıcıl qələbələrimizdən irəli gəlmir. Biz hər bir komanda üzvləri ilə üçüncü təsnifat mərhələsində olduğumuzu başa düşürük. Dünən 10 mindən çox tamaşaçı bizə dəstək olmağa gəldi. Bütün oyun boyu hər bir hücumlarımıza reaksiya verirdilər. Hər birinə təşəkkür edirəm. Onları sevindirmək üçün cavab oyununda daha da yaxşı oynamağa çalışacağıq”, - deyə E.Mahmudov söyləyib.

Qeyd edək ki, cavab oyunu avqustun 15-də İsraildə keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.