İDMAN


Emin Mahmudov ən yaxşı futbolçu seçilib

Bakı, 8 mart, Nicat Məmmədov, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun ən yaxşı futbolçusunun adı açıqlanıb.

AZƏRTAC Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, “InStat”ın təhlilinə əsasən, “Neftçi”nin yarımmüdafiəçisi və kapitanı Emin Mahmudov turun ən yaxşı futbolçusu seçilib.

“Sabah” komandası ilə görüşdə 90 dəqiqə meydanda olan futbolçu bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Araşdırmalara əsasən, Emin Mahmudov turun ən yaxşı indeksə malik futbolçusudur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.