SİYASƏT


Emir Sulyagic: Azərbaycan Bosniya və Herseqovinadan fərqli olaraq bəzi məsələləri həll edə bilib

Şuşa, 19 iyun, AZƏRTAC

Azərbaycan ilə Bosniya və Herseqovinanın tarixlərində bir çox oxşarlıq var. Hətta Azərbaycan Bosniya və Herseqovinadan fərqli olaraq bəzi məsələləri artıq həll edə bilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri IX Qlobal Bakı Forumu çərçivəsində Şuşada təşkil edilmiş panel iclasda iştirak edən Bosniya və Herseqovinanın sabiq müdafiə nazirinin müavini Emir Sulyagic jurnalistlərə açıqlamasında söyləyib.

“Tarixində Xocalı və Srebrenitsa faciələrini yaşamış ölkələr olaraq biz bir-birimizə kömək etməli və arxalanmalıyıq. Bu baxımdan, Avropa ölkələrindən kömək gözləməməliyik. Tarixə baxanda görürük ki, başımıza fəlakətlər gəldikdə nəinki Avropa, dünyada heç kim bizim köməyimizə çatmadı”, - deyə E.Sulyagic qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.