DÜNYA


Emmanuel Makron: Dünyanın bütün istedadlı memarlarını dəvət edərək kilsəmizi yenidən tikəcəyik

Paris, 16 aprel, AZƏRTAC

Məryəm Ana kilsəsindəki yanğının baş verdiyi əraziyə gələn Prezident Emmanuel Makron yanğınsöndürənlərə təşəkkür edib.

AZƏRTAC xəbər verir ki, Prezident yanğınla mübarizənin hələ də davam etdiyini vurğulayıb, lakin daha ciddi təhlükədən yan keçildiyini bildirərək deyib: “Həmvətənlərimizin kədərini, daxili hisslərini anlayıram. Məryəm Ana kilsəsi bizim tariximizdir. Bu tariximiz yanır. Lakin biz bu katedralı birlikdə yenidən tikəcəyik. Dünyanın bütün istedadlı memarlarını dəvət edərək kilsəmizi bərpa edəcəyik”.

Qeyd edək ki, bu axşam böyük milli debatın nəticəsində həyata keçiriləcək islahatlar haqqında Prezident E.Makronun TF1 televiziya kanalında çıxışı olmalı idi. Lakin baş vermiş yanğına görə onun çıxışı başqa vaxta keçirilib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.