Emmanuel Makronun partiyasının adı dəyişdirilib
AzerTAg.az
Paris, 6 may, AZERTAC
Fransa Prezidenti Emmanuel Makronun “İrəli Respublika” partiyasının adı dəyişdirilib.
AZƏRTAC xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron 6 il əvvəl yaratdığı “İrəli Respublika” partiyasının adını dəyişərək “İntibah” (Renaissance) qoyub.
Partiyanın məsul nümayəndəsi Stanislas Gerini bildirib ki, 2019-cu il Avropa seçkilərində “İntibah” makronçu nümayəndələrin siyahısının adı olub.
“Bu gün Prezident Emmanuel Makronun altı ildən bir qədər əvvəl yaratdığı siyasi hərəkatı genişləndirmək məqsədilə “İrəli Respublika” siyasi partiyasının yenidən qurulması hərəkatına başlayırıq”, - deyə o qeyd edib.
Beləliklə, üzvlərinin əksəriyyəti iqtidar partiyasından olan “MoDem”, “Üfüqlər” (Horizons) və “İrəli Respublika” (LREM) partiyaları “Birgə” adlı konfederasiyada birləşiblər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Xəbərin mətnində orfoqrafik səhv var