DÜNYA


Emmanuel Makronun prezidentlik reytinqi 36 faizə enib

Bakı, 3 avqust, AZƏRTAC

Fransa Prezidenti Emmanuel Makron və Baş nazir Eduar Filipp hökumətinin dəstək səviyyəsi getdikcə aşağı düşərək iyulun sonunda 36 faiz təşkil edib. Bu nəticə CNews telekanalının və “Huffington post” nəşrinin sifarişi ilə “YouGov” xidməti tərəfindən keçirilən sosioloji sorğunun yekunlarında əksini tapıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, nəticələri avqustun 3-də dərc olunan tədqiqata əsasən, iyulun sonunda fransızların cəmi 36 faizi Makronun dövlət başçısı postunda fəaliyyətini müsbət qiymətləndirib. Bununla yanaşı, rəy bildirən vətəndaşların 49 faizi prezidentin fəaliyyətini birmənalı şəkildə mənfi hesab edir. Bu, iyun ayına nisbətən 13 bənd çoxdur.

Baş nazir Eduar Filippin tərəfdarlarının sayı da azalmaqdadır. Onun reytinqi ay ərzində 2 bənd enərək 37 faizdə qərarlaşıb. Bununla bərabər, iyun ayı ilə müqayisədə Baş nazirin və hökumətin işinə mənfi qiymət verən respondentlərin sayı artıb. Əgər bu göstərici iyunda 31 faiz idisə, iyulun sonunda Nazirlər Kabinetinin fəaliyyətini bəyənməyənlərin sayı 42 faizə çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.