MƏDƏNİYYƏT


“Emmy” mükafatına namizədlərin adları açıqlanıb

Bakı, 17 iyul, AZƏRTAC

ABŞ-da televiziya dünyasının ən nüfuzlu “Emmy” mükafatlarına namizədlərin adları açıqlanıb. AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, 2019-cu ildə mükafata namizədliyi irəli sürülənlər arasında məşhur “Taxt-tac oyunları” serialı 32 nominasiya və HBO və SKY yayım-produksiyon şirkətlərinin lentə aldığı “Çernobıl” filmi isə 19 nominasiya üzrə jüri tərəfindən qiymətləndiriləcək.

Ən yaxşı kişi aktyor mükafatına isə Kit Harinqton (“Taxt-tac oyunları”), Sterlinq Braun (Bu, bizik”) və digər tanınmış simalar namizəd göstərilib. Emilia Klark (“Taxt-tac oyunları”), Cudi Komer (“Qətl ərəfəsi”) və digərləri isə ən yaxşı aktrisa mükafatı uğrunda mübarizə aparacaqlar. Bundan başqa, ən yaxşı komediya filmləri, ikinci dərəcəli obrazların ən yaxşı ifaçısı və digər nominasiyalar üzrə mükafatlar öz sahiblərini tapacaq.

Bu il 71-cisi təşkil olunacaq “Emmy” mükafatlarının təqdimatı mərasimi sentyabrın 22-də Los-Ancelesdə keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.