DÜNYA
Emoməli Rəhmon beşinci dəfə Tacikistanın Prezidenti seçilib
Düşənbə, 12 oktyabr, AZƏRTAC
Oktyabrın 11-də Tacikistanda keçirilən növbəti prezident seçkilərinin ilkin nəticələri elan olunub.
AZƏRTAC xəbər verir ki, Tacikistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Emoməli Rəhmon seçicilərin 90,92 faiz səsini alaraq beşinci dəfə ölkə Prezidenti seçilib.
Seçkilərdə hazırki prezident Emoməli Rəhmonla yanaşı, daha dörd namizəd mübarizə aparıb.
Qeyd edək ki, Tacikistan qanunlarına görə, prezident 7 il müddətinə seçilir. Emoməli Rəhmon 1994-cü il noyabrın 16-dan Tacikistana rəhbərlik edir.
Seçkilərdə müşahidəçi kimi Azərbaycan Mərkəzi Seçki Komissiyasının üzvü Qabil Orucov da iştirak edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [15:28]
Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb
- 19.04.2024 [15:00]
Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb
- 19.04.2024 [14:52]
Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib
- 19.04.2024 [14:50]
Latviyada yeni xarici işlər naziri təyin edilib
- 19.04.2024 [14:16]
Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib
- 19.04.2024 [13:55]
Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir
- 19.04.2024 [13:34]
Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır
- 19.04.2024 [13:31]