MƏDƏNİYYƏT
Ender Şire: Festivalın Şuşada keçirilməsi bu tədbirə marağı daha da artırır
Şuşa, 6 may, AZƏRTAC
İllərlə görmək arzusunda olduğum Şuşaya qədəm qoyduğum ilk andan şəhəri səyahət etdim. Burada olmağımdan çox məmnunam. Festivalın Şuşada keçirilməsi bu tədbirə marağı daha da artırır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında türkiyəli bloger Ender Şire söyləyib.
" Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalının təşkilinə görə Heydər Əliyev Fonduna və Dövlət Turizm Agentliyinə təşəkkür edirəm. Burada Azərbaycanın müxtəlif bölgələrinin təamlarını dadmaq mənim üçün çox xoşdur. Azərbaycan mətbəxinin çox dadlı təamları var. Ümidvaram ki, bu cür festivallar hər il davamlı olaraq keçiriləcək", - deyə türkiyəli bloger vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:02]
Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib
- 28.03.2024 [17:16]
Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş
- 28.03.2024 [17:08]