CƏMİYYƏT
Endikrinologiya xəstəliklərinin sürətlə artması dünya səhiyyəsi qarşısında təxirəsalınmaz vəzifələr qoyur VİDEO
Antalya, 28 oktyabr, AZƏRTAC
Antalyada keçirilən EndoBridge (Endokrinoloqlar arasında körpü) VII Beynəlxalq illik konfransda dünya səhiyyəsini ən ciddi narahat edən mühüm mövzulardan biri ətrafında müzakirələr aparılıb. Belə tematik konfranslarda iştirak etmək digər tərəflər kimi Azərbaycan mütəxəssisləri üçün də xüsusi əhəmiyyət daşıyır.
Bu fikri AZƏRTAC-a açıqlamasında ölkəmizi sözügedən konfransda təmsil edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Endokrinologiya Mərkəzinin (REM) direktor müavini, Azərbaycan Endokrinologiya Cəmiyyətinin vitse-prezidenti Babək Salek ifadə edib. O bildirib ki, endikrinologiya - daxili sekresiya vəzlərinin (hormon ifraz edən orqanlar) xəstəlikləri bütün ölkələrdə sürətlə artmaqda davam edir. Ona görə də dünya səhiyyəsi qarşısında təxirəsalınmaz vəzifələrdən biri də endikrinologiya xəstəliklərinin müayinəsi və müalicəsi sahəsində yeniliklər əldə etmək və geniş şəkildə təcrübə mübadiləsi aparmaqdır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Antalya