İDMAN
Endrü Stemp: Milli Gimnastika Arenasında özümü rahat hiss edirəm
Bakı, 15 fevral, AZƏRTAC
Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışlarına bütün komanda ilə birgə ciddi hazırlaşmışıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən dünya kuboku yarışlarında mübarizə aparan britaniyalı gimnast Endrü Stemp deyib.
Bildirib ki, Bakıda yaxşı məşq bazası var, burada olmaq xoşdur. Ötən dəfə yarışlar çox uğurlu keçdi, ümid edirəm ki, indi də belə olacaq.
Gimnast deyib ki, Milli Gimnastika Arenasında özümü inamlı və rahat hiss edirəm. Bakıda yaxşı gimnastika arenası, rahat zal var. Yarışlara çoxlu sayda tamaşaçı gəlir, uğurlu çıxış üçün isə zalın dəstəyini hiss etmək vacibdir.
Qeyd edək ki, iki gün davam edəcək dünya kuboku yarışlarında 30 ölkədən 150-dək gimnast mübarizə aparır. Yarış Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.