İQTİSADİYYAT


Energetika Nazirliyi: Bu il Texniki Şuralar vasitəsilə 636 müraciətə baxılıb

Bakı, 5 aprel, AZƏRTAC

Cari ilin ilk rübü ərzində Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində fəaliyyət göstərən Texniki Şuralar vasitəsilə 636 müraciətə baxılıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, yanvar üzrə daxil olan müraciətlərin sayı 227, fevralda 261, mart üzrə isə 148 olub. Rüb ərzində qəbul edilmiş müraciətlərdən 614-nün icrası təmin edilib, 22 müraciət isə təqdim edilmiş sənədlərdəki uyğunsuzluqlar səbəbindən icra olunmayıb.

Hesabat dövründə Texniki Şuralara daxil olmuş müraciətlər əsasında sahibkarlar tərəfindən 9858,4 kilovat güc sifariş edilib və 1779318,52 AZN qoşulma haqqı ödənilib.

Bütün müraciətlər 1 və 2 saylı “ASAN Kommunal” mərkəzlərində, Sumqayıt və Gəncə şəhərlərindəki “ASAN xidmət” mərkəzlərində yaradılmış Texniki Şuralar tərəfindən qəbul edilib və icra olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.