İQTİSADİYYAT


Energetika Nazirliyi “Equinor” şirkətinin “yaşıl hidrogen” sahəsində təcrübəsini öyrənir

Bakı, 4 avqust, AZƏRTAC

Energetika Nazirliyi və Norveçin “Equinor” şirkətinin birgə təşkilatçılığı ilə onlayn formatda seminar keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbir Energetika Nazirliyi və “Equinor” şirkəti arasında mövcud əməkdaşlıq çərçivəsində “yaşıl hidrogen” sahəsində məlumat və təcrübə mübadiləsinin aparılması məqsədilə təşkil edilib.

Seminarda yeni dayanıqlı enerji növləri, xüsusilə bərpa olunan enerji və hidrogen enerjisi üzrə beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyi qeyd edilib, “Equinor” şirkətinin hidrogen sahəsində geniş təcrübəyə malik olduğu, şirkətin “yaşıl hidrogen” strategiyasının təmiz və dayanıqlı enerji, az karbonlu hədəfləri əhatə etdiyi vurğulanıb.

Sonra “Equinor” şirkətinin mütəxəssisləri tərəfindən “yaşıl hidrogen” mövzusunda təqdimat nümayiş etdirilib. Hidrogen bazarları, “Equinor” şirkətinin hidrogen strategiyası, şirkətin həyata keçirdiyi layihələr barədə geniş məlumat verilib.

Seminarda Azərbaycanda gələcəkdə hidrogen layihələrinin həyata keçirilməsi, elektrik enerjisi bazarında hidrogenin iqtisadi cəhətdən səmərəliliyi ilə bağlı fikir mübadiləsi aparılıb, seminar iştirakçılarının sualları cavablandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.