İQTİSADİYYAT


Energetika Nazirliyi İndoneziyanın Energetika və Mineral Ehtiyatlar Nazirliyi ilə əməkdaşlığına dair sənəd imzalayacaq

Bakı, 3 iyul, AZƏRTAC

“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İndoneziya Respublikasının Energetika və Mineral Ehtiyatlar Nazirliyi arasında enerji əməkdaşlığına dair anlaşma memorandumu” imzalanmaya hazırdır. Sənədin İndoneziyanın Energetika və Mineral Ehtiyatlar nazirinin Azərbaycana səfəri zamanı imzalanması gözlənilir.

Bu barədə AZƏRTAC-a Energetika Nazirliyindən bildirilib.

Qeyd edək ki, nazirlikdə Azərbaycan və İndoneziyanın enerji sahəsində əməkdaşlığının mövcud vəziyyəti və perspektivlərinə dair müzakirələr aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.