İQTİSADİYYAT


Energetika Nazirliyi: Noyabrda Texniki Şuralar vasitəsilə 137 müraciətə baxılıb

Bakı, 10 dekabr, AZƏRTAC

Bu ilin noyabr ayında Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində fəaliyyət göstərən Texniki Şuralar vasitəsilə 137 müraciət daxil olub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bunlardan 130 müraciətin icrası təmin edilib, 7 müraciət isə təqdim edilmiş sənədlərdəki uyğunsuzluqlar səbəbindən icra olunmayıb.

Noyabr ayı üzrə Texniki Şuralara daxil olmuş müraciətlər əsasında sahibkarlar tərəfindən 1788,4 kilovat güc sifariş edilib və 397 min 207,56 AZN qoşulma haqqı ödənilib.

Bütün müraciətlər 1 və 2 saylı “ASAN Kommunal” mərkəzlərində, Sumqayıt və Gəncə şəhərlərindəki “ASAN xidmət” mərkəzlərində yaradılmış Texniki Şuralar vasitəsilə qəbul edilib və icra olunub.

Enerji Məsələlərini Tənzimləmə Agentliyinə may-noyabr ayları ərzində sahibkarlar tərəfindən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərindəki Texniki Şuralar vasitəsilə 1046 müraciət daxil olub. Ümumilikdə isə bu ilin 11 ayı üzrə Texniki Şuralarda 1919 müraciətə baxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.