İQTİSADİYYAT


Energetika Nazirliyi Ulu Öndərin anadan olmasının 98-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirib

Bakı, 8 may, AZƏRTAC

Mayın 8-də Energetika Nazirliyi Qobustan hibrid elektrik stansiyasının ərazisində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, ətraf mühitin qorunması, yaşıllıqların salınması sahələrinə ictimai diqqətin yönəldilməsi və məlumatlılığın artırılmasına hesablanmış aksiyada nazirliyin aparatının və tabeliyindəki qurumların əməkdaşları iştirak ediblər. Ağacəkmə aksiyası çərçivəsində Qobustan hibrid elektrik stansiyasının yaxınlığında ayrılmış ərazidə ağaclar əkilib və ətraf ərazi abadlaşdırılıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli müvafiq Sərəncamına əsasən, “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” sosial-iqtisadi inkişafa dair milli prioritetlərimizdən biri kimi müəyyənləşdirilib.

Qeyd edək ki, yaşıllaşdırma işlərinin həyata keçirildiyi ərazidə yerləşən “Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi” dünyada məhz günəş, külək və bioenerji komponentlərini özündə birləşdirən ilk hibrid “yaşıl enerji” layihələrindəndir. Mərkəz 2011-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. 38 hektar ərazidə inşa olunan mərkəzdə ümumi gücü 6,7 meqavat (MVt) olmaqla, 2,7 MVt-lıq külək, 3 MVt-lıq günəş və 1 MVt-lıq bioenerji qurğuları quraşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.