Energetika Nazirliyi birinci rübdə idxal, ixrac və tranzit üzrə 69 icazə verib
AzerTAg.az

Bakı, 8 aprel, AZƏRTAC
Cari ilin ilk rübü ərzində Energetika Nazirliyi tərəfindən ixrac nəzarətinə düşən malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) idxalı, ixracı və tranziti üzrə 69 icazə verilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bunlardan 61-i ixrac nəzarətinə düşən malların idxalı, 7-si tranziti, biri isə ixracı ilə bağlı olub. Hesabat dövründə 51 icazənin verilməsi 5 saylı Bakı “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilib.
Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən 3 növ icazənin verilməsi “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilir. Bura ixrac nəzarətinə düşən malların ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə, mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən əşyaların dövriyyəsinə icazə, habelə ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi daxildir.
Xəbərin mətnində orfoqrafik səhv var