İQTİSADİYYAT


Energetika Nazirliyi bu il bir neçə ölkənin müvafiq nazirlikləri ilə sənədlər imzalayacaq

Bakı, 25 yanvar, AZƏRTAC

Energetika Nazirliyi cari ildə bir çox ölkənin müvafiq nazirlikləri ilə sənədlər imzalayacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə nazirliyin hesabatında deyilir.

Bildirilir ki, 2019-cu ildə Azərbaycanla bir sıra ölkələr arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə hüquqi zəmin yaradılması üçün Energetika Nazirliyi ilə Efiopiya, Rusiya, Monteneqro, CAR, Türkiyə, Ukrayna və Hindistanın müvafiq nazirlikləri arasında anlaşma memorandumu layihələri hazırlanaraq razılaşdırılması üçün qarşı tərəflərə göndərilib. Belə ki, İndoneziya ilə əməkdaşlığa dair sənəd layihəsi artıq qarşı tərəflə razılaşdırılaraq imzalama səlahiyyətinin alınması məqsədilə Nazirlər Kabinetinə təqdim olunub, Bəhreyn, Mərakeş, Monqolustan, Çin, Belarusun müvafiq nazirlikləri arasında daha öncədən hazırlanmış sənəd layihələri qarşı tərəfdən edilmiş əlavə və dəyişikliklərin razılaşdırılması üçün hazırda dövlətdaxili prosedurdan keçirilməkdədir, Çexiya və Əlcəzairlə mövcud olan sənəd layihələri isə qarşı tərəflə razılaşdırılma mərhələsindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.