İQTİSADİYYAT


Energetika Nazirliyi ilə Qazaxıstanın Milli İqtisadiyyat Nazirliyi gələn il ikitərəfli iqtisadi tədbirlər təşkil edəcək

Astana, 31 oktyabr, AZƏRTAC

Azərbaycanın Energetika Nazirliyi ilə Qazaxıstanın Milli İqtisadiyyat Nazirliyi gələn il bir sıra ikitərəfli iqtisadi tədbirlər təşkil edəcək.

AZƏRTAC xəbər verir ki, Azərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyasının 15-ci iclası çərçivəsində Astanada səfərdə olan energetika naziri Pərviz Şahbazov Qazaxıstanın milli iqtisadiyyat naziri Timur Süleymanov ilə görüşüb.

Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri və 2018-2020-ci illəri əhatə edən Strateji Yol Xəritəsi üzrə ötən dövr ərzində görülən işlər müzakirə edilib. Qazaxıstanın infrastruktur layihələrində Azərbaycan şirkətlərinin iştirakı, energetika və kənd təsərrüfatı sahəsində işçi qrupları səviyyəsində baxılan məsələlərin reallaşdırılmasının vacibliyi qeyd olunub. Gələn il bir sıra ikitərəfli iqtisadi tədbirlərin həyata keçirilməsi barədə razılıq əldə olunub.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.