İQTİSADİYYAT


Energetika Nazirliyi tərəfindən yarım ildə 86 icazə verilib

Bakı, 4 iyul, AZƏRTAC

Bu ilin ikinci rübü üzrə Energetika Nazirliyi tərəfindən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, idxalı və tranziti üzrə 52 icazə verilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu icazələrdən 44-ü ixrac nəzarətinə düşən malların idxalı, biri ixrac nəzarətinə düşən malların ixracı, 7-si isə ixrac nəzarətinə düşən malların tranziti ilə bağlı olub. Rüb ərzində 44 icazənin verilməsi 5 saylı “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilib.

Ümumilikdə bu ilin ilk yarısında Energetika Nazirliyi tərəfindən ixrac nəzarətinə düşən malların ixracı, idxalı və tranziti üzrə 86 icazə verilib. Bunlardan 69-u ixrac nəzarətinə düşən malların idxalı, 2-si ixrac nəzarətinə düşən malların ixracı, 15-i isə ixrac nəzarətinə düşən malların tranziti ilə bağlı olub. 76 icazənin verilməsi “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən 3 növ icazənin verilməsi “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilir. Bura ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə, mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən əşyaların dövriyyəsinə icazə, habelə ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.