İQTİSADİYYAT


Energetika Nazirliyi və İndoneziyanın Energetika və Mineral Ehtiyatlar Nazirliyi Anlaşma Memorandumu imzalayacaq

Bakı, 1 iyun, AZƏRTAC

Energetika Nazirliyi və İndoneziyanın Energetika və Mineral Ehtiyatlar Nazirliyi arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmaya hazırdır.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müzakirələr energetika naziri Pərviz Şahbazovun İndoneziyanın “Pertamina” şirkətinin planlama, investisiya və risk menecmenti üzrə direktoru Gigih Prakosonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşdə aparılıb.

Görüşdə “SOCAR Trading” ilə “Pertamina” şirkəti arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə edilib. İki ölkənin müvafiq şirkətlərinin neft hasilatı, satışı və emalı sahələrində gələcək fəaliyyətinin təmin edilməsi istiqamətində “Azərbaycan Respublikasının Energetika Nazirliyi və İndoneziya Respublikasının Energetika və Mineral Ehtiyatlar Nazirliyi arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanmasının vacibliyi qeyd edilib. Bildirilib ki, Anlaşma Memorandumu hər iki tərəfdən razılaşdırılıb və imzalanmaya hazırdır.

Pərviz Şahbazov Energetika Nazirliyinin iki ölkə arasında enerji əməkdaşlığının inkişafına hər zaman dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, Azərbaycan xam neft satışına görə İndoneziyanın ikinci ən böyük tərəfdaşıdır. SOCAR İndoneziya istiqamətində xam neft ixracını 2007-ci ildən həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.