İQTİSADİYYAT
Energetika Nazirliyi vətəndaş qəbullarını dayandırıb
Bakı, 17 mart, AZƏRTAC
Energetika Nazirliyi vətəndaş qəbullarının keçirilməsini dayandırıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 mart tarixli tapşırığına uyğun olaraq, koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizə çərçivəsində görülən tədbirlərlə bağlı Energetika Nazirliyində vətəndaş qəbullarının keçirilməsi dayandırılıb.
Vətəndaşların müraciətləri nazirliyin (012) 598-16-53/54 (daxili: 1145, 1146) telefon nömrəsi, (012) 598-16-55 “qaynar xətti” və “974” Çağrı mərkəzi vasitəsilə qəbul ediləcək və cavablandırılacaq. Bununla yanaşı, vətəndaşlar nazirliyin “minenergy.gov.az” internet səhifəsi və “[email protected]” elektron poçt ünvanı vasitəsilə də müraciət edə bilərlər.