İQTİSADİYYAT
Energetika Nazirliyi yanında İctimai Şuraya seçkilərin keçirilməsi qeyri-müəyyən vaxtadək təxirə salınıb
Bakı, 23 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında İctimai Şuraya seçkilərin keçirilməsi qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Energetika Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazirliyik yanında İctimai Şuraya seçkilərin bu il oktyabrın 24-də keçirilməsi elan edilmişdi. Azərbaycan Respublikası Energetika Nazirliyinin yanında İctimai Şura üzvlüyünə namizədlərin irəli sürülməsi prosesinə bu il mayın 22-dən başlanılıb və namizədlərin irəli sürülməsi və qeydə alınması prosesi 20 iş günü müddətində, yəni iyunun 20-də başa çatıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 2.17-ci bəndinə əsasən ictimai şuraya seçkilər namizədlərin irəli sürülməsi prosesi başa çatdıqdan sonra bir ay müddətində keçirilir.
Adıçəkilən Əsasnamənin 2.17-ci bəndində nəzərdə tutulan namizədlərin irəli sürülməsi prosedurunun pozulması ilə əlaqədar olaraq, seçkilərin keçirilməsi qeyri-müəyyən vaxtadək təxirə salınır.