İQTİSADİYYAT


Energetika Nazirliyində Ümummilli Liderin anadan olmasının 96-cı ildönümü qeyd edilib

Bakı, 10 may, AZƏRTAC

Energetika Nazirliyində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, energetika naziri Pərviz Şahbazov ulu öndər Heydər Əliyevin irəli sürdüyü inkişaf proqramları, kompleks tədbirlər, səmərəli kadr islahatları və idarəçilik metodlarının bütün sahələrdə, eləcə də enerji sektorunda uzunmüddətli inkişafın təməlini formalaşdırdığını deyib. Bildirib ki, ötən əsrin 70-80-ci illərində neftçıxarma, neft emalı sənayesi və elektroenergetika sistemində əldə edilmiş nailiyyətlər məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Nazir 90-cı illərdə Ulu Öndərin mürəkkəb vəziyyətdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması, siyasi böhranın aradan qaldırılması, sosial-iqtisadi problemlərin həlli istiqamətindəki xidmətlərindən də bəhs edib. Onun müəllifi olduğu neft strategiyasının qazandırdığı nailiyyətlərdən, Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri, Bakı-Tbilisi-Ərzurum (Cənub Qafqaz Boru Kəməri) qaz kəməri və “Şahdəniz” layihələrinin həyata keçirilmə prosesi, iqtisadi və siyasi üstünlüklərindən danışıb: “Ulu öndər Heydər Əliyevin bütün bu xidmətləri Xəzər regionunun Azərbaycan vasitəsilə enerji mərkəzi kimi qəbulunda mühüm rol oynadı. Ölkə iqtisadiyyatının sürətli inkişafına, neft gəlirlərinin insan kapitalına yönəldilməsinə nail olundu. Bu siyasət, Azərbaycanın enerji ölkəsi kimi uzunmüddətli inkişafında, eləcə də enerji təhlükəsizliyinin təminatçısına çevrilməsində bu gün də mühüm rol oynayır”.

Ulu Öndərin ideyalarının, strateji inkişaf kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd olunub. Həyata keçirilən layihələr, elektroenergetika sisteminin dayanıqlılığının möhkəmləndirilməsi istiqamətində görülən tədbirlər Heydər Əliyev strategiyasının yeni mərhələdə inkişaf edən nümunələri kimi qiymətləndirilib.

Tədbirin yekununda Ümummilli Liderə həsr olunmuş film nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.