İQTİSADİYYAT


Energetika Nazirliyində vətəndaş qəbulu keçirilib

Bakı, 22 yanvar, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazov nazirlikdə növbəti vətəndaş qəbulunu keçirib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qəbulda səsləndirilən müraciətlər nazir tərəfindən dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün nazirliyin aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə nazir, nazir müavinləri və digər rəhbər vəzifəli şəxslərin 2020-ci il üzrə vətəndaş qəbulu qrafiki yenilənib və nazirliyin saytında yerləşdirilib.

Bununla yanaşı, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2020-ci il üzrə şəhər və rayonlarda vətəndaşların qəbulu qrafikinə uyğun olaraq, Energetika naziri və nazir müavinlərinin hər ay müxtəlif regionlarda vətəndaş qəbulu davam edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.