İQTİSADİYYAT


Energetika Nazirliyinin kollegiyasının tərkibi təsdiqlənib

Bakı, 8 oktyabr (AZƏRTAC). Oktyabrın 8-də Azərbaycan Respublikası Nazirlər Kabineti Energetika Nazirliyinin kollegiyasının tərkibi haqqında qərar qəbul edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Prezident İlham Əliyevin 2014-cü il 11 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”nin 5.8-ci bəndinə əsasən Energetika Nazirliyinin kollegiya üzvlərinin sayı 9 nəfər müəyyənləşdirilib. Kollegiyanın sədri energetika naziri Natiq Əliyevdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.