İQTİSADİYYAT


Energetika naziri Almatıda Qazaxıstan, Türkiyə və Macarıstan nazirləri ilə görüşüb

Bakı, 28 sentyabr, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazovun Almatıda Türk Dövlətləri Təşkilatının (TDT) enerji nazirlərinin toplantısı çərçivəsində bir sıra görüşləri olub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Qazaxıstanın energetika naziri Bolat Akçulakovla görüşdə TDT və ikitərəfli formatda enerji əməkdaşlığının prioritetləri nəzərdən keçirilib. Türk dövlətləri arasında enerji əməkdaşlığının gücləndirilməsinin vacibliyi enerji təhlükəsizliyi və təşkilat çərçivəsində qarşılıqlı iqtisadi-ticari əlaqələrin inkişafı aspektində dəyərləndirilib.

Cənub Qaz Dəhlizinin genişləndirilməsi, Zəngəzur dəhlizi və digər perspektiv marşrutlarla Türkiyəyə elektrik enerjisinin ixracı və tranziti ilə bağlı məsələlər isə Türkiyənin energetika və təbii sərvətlər naziri Fateh Dönməzlə müzakirə mövzusu olub. Bildirilib ki, regional və beynəlxalq əhəmiyyətli Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının dərinləşdirilməsi üçün böyük imkanlar var. Həmçinin oktyabrda keçiriləcək ikinci Azərbaycan-Türkiyə Enerji Forumuna dair də fikir mübadiləsi aparılıb.

Nazir Pərviz Şahbazov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə də görüşüb. Görüşdə qlobal enerji bazarında cari vəziyyət, Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz tədarükünün artırılması, həmçinin Qara dəniz sualtı elektrik xətti layihəsində Macarıstanın iştirakından bəhs olunub. Peter Siyarto Macarıstanın yaşıl enerjinin inkişafı ilə bağlı əməkdaşlıq formatını təsdiqlədiyini və bu sahədə Azərbaycanın tərəfdaşı olmağa razılığını ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.