İQTİSADİYYAT


Energetika naziri Pərviz Şahbazov Lerikdə vətəndaşları qəbul edib

Bakı, 26 may, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazov mayın 26-da Lerik rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

AZƏRTAC xəbər verir ki, qəbulda vətəndaşların elektrik enerjisi və qaz təchizatı, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, cərimələr, kabelləşmə, yeni transformatorun quraşdırılması, işlə təminat və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün lazımi tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydə alınıb.

Nazirliyin müvafiq struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda Lerik, Lənkəran və Masallı rayonlarından olan 21 vətəndaş iştirak edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.