İQTİSADİYYAT


Energetika naziri Vyanada səudiyyəli həmkarı ilə görüşüb

Bakı, 5 oktyabr, AZƏRTAC

Vyanada energetika naziri Pərviz Şahbazov ilə Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud arasında görüş olub.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə qlobal neft bazarındakı mövcud vəziyyətə və OPEC+ formatında Azərbaycanla əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Həmçinin bu ilin yanvar ayında təməli qoyulmuş 240 MVt gücündə Xızı-Abşeron Külək Elektrik Stansiyasının inşasının cari vəziyyəti nəzərdən keçirilib.

“ACWA Power” şirkətinin həyata keçirdiyi bu layihənin Azərbaycanın bərpaolunan enerji ilə bağlı hədəflərinə töhfə verəcəyi qeyd edilib.

Söhbət zamanı ikitərəfli enerji əməkdaşlığının qarşılıqlı maraq kəsb edən digər istiqamətləri üzrə müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.