İQTİSADİYYAT


Energetika naziri kollektivi Qələbə münasibətilə təbrik edib

Bakı, 11 noyabr, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazov nazirliyin kollektivini əzəli Azərbaycan torpağı olan Qarabağın erməni işğalından azad edilməsi və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun qazandığı Qələbə münasibətilə təbrik edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Vətənin müdafiəsi naminə canlarını əsirgəmədən döyüşərək hünər və həqiqi vətənpərvərlik nümunəsi göstərən əsgər və zabitlərimizin rəşadəti, iradəsi və ruh yüksəkliyi haqqında danışan nazir qeyd edib ki, bu Qələbə Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir və ölkəmizin son illərdə siyasi, iqtisadi, diplomatik, ordu quruculuğu və digər sahələrdə əldə etdiyi uğurların nəticəsidir. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladıqları bəyanat ölkəmizin maraqlarına tam uyğundur və belə bir mühüm sənədin imzalanması döyüş meydanında qazanılan qələbə sayəsində mümkün olub.

Sonda Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda həyatını itirmiş hərbçilər, həmçinin hərbi əməliyyatlar zonasından uzaqda vəhşicəsinə hücumlar nəticəsində həlak olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.