İQTİSADİYYAT


Energetika naziri onlayn formatda vətəndaşlarla görüşüb

Bakı, 21 yanvar, AZƏRTAC

Xüsusi karantin rejimi müddətində vətəndaşların qəbulu qaydalarına uyğun olaraq, energetika naziri Pərviz Şahbazov onlayn formatda vətəndaşları qəbul edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qurumun aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin 2022-ci il üzrə vətəndaş qəbulu qrafiki artıq nazirliyin saytında yerləşdirilib. Eyni zamanda, vətəndaşlar müraciətlərini “974” Çağrı Mərkəzi, 598-16-55 “qaynar xətt”i, [email protected]  elektron poçt ünvanı və www.minenergy.gov.az  internet səhifəsi vasitəsilə Energetika Nazirliyinə ünvanlaya bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.