REGİONLAR


Energetika naziri və nazir müavinləri cənub bölgəsində vətəndaşları qəbul edəcəklər

Bakı, 13 may, AZƏRTAC

Prezident İlham Əliyevin vətəndaşların təklif, irad və şikayətləri ilə yerində tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə verilmiş tapşırıq və tövsiyələrə uyğun olaraq, energetika naziri Pərviz Şahbazov mayın 27-də Lənkəran şəhərində Lənkəran və Astara rayonlarından olan vətəndaşları qəbul edəcək.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, vətəndaşların qəbulu saat 11:00-da nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Lənkəran filialının inzibati binasında (Ünvan: Lənkəran şəhəri, Ləvəngi ərazisi, Girdəni kənd yolunun 500 metrliyi) keçiriləcək.

Mayın 27-də, həmçinin energetika nazirinin müavini Samir Vəliyev Masallı şəhərində Masallı və Yardımlı rayonunun sakinləri ilə, nazir müavini Elnur Soltanov isə Lerik şəhərində yerli sakinlərlə görüşəcək.

Vətəndaşların qəbulu saat 10:00-da Masallı rayon Heydər Əliyev Mərkəzində (Masallı şəhəri, Qarabağ küçəsi 17.), saat 11:00-da isə Lerik rayon Mədəniyyət Mərkəzində (Lerik şəhəri, A.Əsədullayev küçəsi 22.) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin [email protected] elektron poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), nazirliyin “974” Çağrı mərkəzi, 598-16-55 “qaynar xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Lənkəran filialı (əlaqələndirici şəxs Ağalar Əliyev, əlaqə telefonları: (025) 254-81-20, (050) 240-96-35, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi və nazirliyin “facebook” səhifəsi vasitəsilə qəbula yazıla bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.