İQTİSADİYYAT


Energetika naziri vətəndaşları qəbul edib

Bakı, 20 avqust, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazov növbəti dəfə vətəndaş qəbulu keçirib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nazir Bakı, Sumqayıt, Şirvan şəhərləri, Cəlilabad və Hacıqabul rayonlarından daxil olmuş müraciətlər əsasında nazirlikdə vətəndaşları qəbul edib.

Vətəndaşların müraciətləri elektrik enerjisi təchizatı, elektrik enerjisinə görə borcun silinməsi, işlə təminat və digər məsələlərlə bağlı olub. Energetika naziri vətəndaşların müraciətlərini dinləyib, qeyd olunan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün nazirliyin aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar verib. Nazirliyin fəaliyyətinə aid olmayan müraciətlərin isə qeydiyyata alınaraq müvafiq qurumlara çatdırılması üçün göstərişlər verilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqları Energetika Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır. Müxtəlif məsələlərlə bağlı nazirliyə daxil olan vətəndaş müraciətləri aidiyyəti üzrə araşdırılır və müvafiq qaydada zəruri tədbirlər görülür.

Bununla yanaşı, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu il üzrə şəhər və rayonlarda vətəndaşların qəbulu qrafikinə uyğun olaraq, hər ay bölgələrdə Energetika naziri və nazir müavinlərinin vətəndaş qəbulu həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.