İQTİSADİYYAT


Energetika naziri vətəndaşları qəbul edib

Bakı, 9 sentyabr, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazov nazirlikdə növbəti dəfə vətəndaş qəbulu keçirib. Nazir Bakı şəhəri və Ağsu, Biləsuvar, Masallı rayonlarından olan vətəndaşları qəbul edib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müraciətlər əsasən, elektrik enerjisi təchizatı, elektrik dirəklərinin köhnəlməsi, elektrik xətlərinin yararsız vəziyyətdə olması, işlə təminat və digər məsələləri əhatə edib. P.Şahbazov vətəndaşların müraciətlərini dinləyib, qeyd olunan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün nazirliyin aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar verib. Nazirliyin fəaliyyətinə aid olmayan müraciətlərin isə qeydiyyata alınaraq müvafiq qurumlara çatdırılması üçün göstərişlər verilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin dövlət qurumları tərəfindən vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqları Energetika Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır və nazirlik üzrə rəhbər vəzifəli şəxslərin 2019-cu il üçün vətəndaş qəbulu qrafikinə əsasən nazirlikdə vətəndaşların qəbulu həyata keçirilir.

Bununla yanaşı, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu il üzrə şəhər və rayonlarda vətəndaşların qəbulu qrafikinə uyğun olaraq, Energetika naziri və nazir müavinləri hər ay bölgələrdə vətəndaşları qəbul edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.