İQTİSADİYYAT


Energetika naziri videoformatda vətəndaşları qəbul edib

Bakı, 3 avqust, AZƏRTAC

Xüsusi karantin rejiminin davam etdiyi müddət ərzində vətəndaşların qəbulu qaydalarına uyğun olaraq, energetika naziri Pərviz Şahbazov videoformatda vətəndaşları qəbul edib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazirliyin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib.

Müraciətlər əsasən, təbii qaz təchizatı ilə bağlı texniki şərtin verilməsi, işlə təminat və digər məsələləri əhatə edib.

Qəbul zamanı qaldırılan məsələlərin öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin 2021-ci il üzrə vətəndaş qəbulu qrafiki yenilənib və nazirliyin saytında yerləşdirilib. Eyni zamanda, vətəndaşlar müraciətlərini (012) 598-16-53/54 telefon nömrələri, (012) “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar xətt”i, “[email protected]” elektron poçt ünvanı və “www.minenergy.gov.az” internet səhifəsi vasitəsilə Energetika Nazirliyinə ünvanlaya bilərlər.

Xüsusi karantin rejimi müddətində vətəndaş qəbulu onlayn olaraq həyata keçirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.