İQTİSADİYYAT
Energetika nazirləri enerji təhlükəsizliyinə dair fikir mübadiləsi aparıblar
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, xüsusilə enerji və iqtisadiyyat sahələrində əməkdaşlıq imkanlarının dəyərləndirilməsi məqsədilə qarşılıqlı səfərlərin və biznes-forumların təşkili məsələləri diqqət mərkəzində olub. Həmçinin regional məsələlərə və enerji təhlükəsizliyinə dair fikir mübadiləsi aparılıb.
Həmin gün Azərbaycanın energetika naziri Natiq Əliyev Gürcüstanın Baş nazirinin müavini və energetika naziri Kaxa Kaladze ilə də görüşüb. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından razılıq ifadə edilib. Həmçinin enerji sahəsində əməkdaşlığın uğurlu olduğu vurğulanıb, Azərbaycan ilə Gürcüstan arasında enerji təhlükəsizliyi və digər sahələrdə əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğu qeyd edilib.
Görüşlərdə Moldovanın və Gürcüstanın Azərbaycandakı səfirləri də iştirak ediblər.