İQTİSADİYYAT


Energetika sektorunun uzunmüddətli inkişaf Strategiyasına dair müzakirələr aparılıb

Bakı, 6 iyul, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazovun iştirakı ilə “Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası”nın hazırlanmasına dair məsələlər müzakirə edilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Strategiyanın ilkin layihəsi nəzərdən keçirilib, strukturu və ayrı-ayrı bölmələri təhlil olunub. Layihədə əksini tapmalı zəruri məqamlar qeyd edilib. Digər ölkələrin müvafiq sahədə mövcud strategiyaları ilə müqayisələr aparılıb.

Bildirilib ki, Strategiya energetika sektorunda uzunmüddətli inkişafın təchizatın təhlükəsizliyi, iqtisadi səmərəlilik və davamlı inkişaf trilemmasına əsaslanmasını nəzərdə tutur. Həmçinin energetika sektorunun uzunmüddətli inkişaf Strategiyasında COVID-19 pandemiyasının qlobal energetika sektoruna təsirləri, eləcə də ölkənin iqtisadi inkişafı ilə bağlı strateji sənədlərə uyğunluğu kimi məsələlər də nəzərə alınmalıdır.

Qeyd edək ki, bu sənədin hazırlanması “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli Sərəncamı ilə Energetika Nazirliyinə həvalə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.