İQTİSADİYYAT


Energetiklər peşə bayramlarını qeyd ediblər

Bakı, 20 oktyabr, AZƏRTAC 

Energetiklərin peşə bayramı qeyd olunub.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 20 oktyabr – Energetiklər Günü münasibətilə nazirlikdə tədbir keçirilib. Energetika naziri Pərviz Şahbazov bu əlamətdar gün münasibətilə Azərbaycanın bütün energetiklərini təbrik edərək, bu günün özünəməxsus tarixi əhəmiyyətindən danışıb.

Nazir ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə yaradılmış “Azərbaycan” İstilik Elektrik Stansiyasının birinci enerji blokunun istifadəyə verildiyi tarixin ölkə başçısının müvafiq sərəncamı ilə 2004-cü ildə energetiklərin peşə bayramı günü kimi təsis edilməsini dövlətin energetika sektorunda çalışan insanların əməyinə qiyməti kimi dəyərləndirib.

Energetika sektorunun iqtisadiyyatın inkişafında həlledici rol oynadığını deyən nazir bildirib ki, elektroenergetika sektorunun modernləşməsi və dünyada cərəyan edən qlobal dəyişikliklərə, yeni çağırışlara uyğun inkişaf etdirilməsi ölkə energetikləri qarşısında duran başlıca vəzifələrdir.

Azərbaycan energetiklərindən bir qrupunun peşə bayramı ərəfəsində Prezident İlham Əliyevin Sərəncamı ilə yüksək dövlət mükafatlarına layiq görüldüyünü xatırladan P.Şahbazov energetiklərin əməyini həmişə yüksək qiymətləndirən, onların fəaliyyətini, elektroenergetika sektorunun inkişafını daim diqqət mərkəzində saxlayan ölkə başçısına nazirliyin kollektivi adından minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.