İQTİSADİYYAT


“Energy Club” ilə AZEBİ arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

Tbilisi, 20 may, AZƏRTAC

Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyi (AZEBİ) ilə "Caspian Energy Club" arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

AZƏRTAC xəbər verir ki, sənədi AZEBİ-nin idarə heyətinin sədri Nəriman Qurbanov və "Caspian Energy Club"un idarə heyətinin sədri, baş icraçı direktor Telman Əliyev imzalayıblar.

Bildirilib ki, sənəddə Azərbaycanda və Gürcüstanda fəaliyyət göstərən şirkətlər arasında əməkdaşlıq əlaqələrini daha da genişləndirmək, şirkətlərin beynəlxalq bazarlara çıxışına köməklik göstərməkdir.

Qeyd edək ki, "Caspian Energy Club"un təşəbbüsü və dəstəyi ilə 30-dan çox Azərbaycan şirkəti Gürcüstanda səfərdədir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.