İQTİSADİYYAT


Enerji Məsələlərini Tənzimləmə Agentliyi layihələrinin və istismara buraxılış aktlarının sayını açıqlayıb

Bakı, 10 iyul, AZƏRTAC

Bu ilin 6 ayında Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) tərəfindən istehlakçıların elektrik və qaz təchizatı şəbəkələrinə qoşulması üçün verilmiş texniki şərtlər əsasında enerji təchizatı üçün hazırlanmış 124 layihə razılaşdırılıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qaz təchizatı sahəsində isə 2219 sayda idarə və müəssisələrin layihə-smeta sənədləri ekspertiza olunaraq qeydiyyata alınıb. Aşkar olunmuş uyğunsuzluqlara görə 51 sayda layihə-smeta sənədinin qeydiyyata alınmasından imtina edilib.

Hesabat dövründə agentlik tərəfindən istehlakçıların elektrik qurğularına ümumi gücü 20809.55 kilovat/saat və 206685 kilovolt/amper olmaqla 142 sayda (43 ədədi 0,4 kilovoltluq şəbəkədən, 99 ədədi isə yüksək gərginlikli şəbəkədən) istismara buraxılış aktı verilib. 359 sayda razılaşdırılmış layihəyə uyğun tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismara qəbulu həyata keçirilib. Yol verilmiş nöqsanlara əsasən qaz xətlərinin layihəyə uyğun çəkilməməsinə, qaz qurğu və avadanlıqların tam quraşdırılmamasına görə 170 sayda qaz qurğusu isə istismara qəbul edilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.