İQTİSADİYYAT


Enerji Məsələlərini Tənzimləmə Agentliyi yanvarda Texniki Şuralara müraciətlərin sayını açıqlayıb

Bakı, 13 fevral, AZƏRTAC

Yanvarda sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) Texniki Şuralarına 247 müraciət daxil olub.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, bütün müraciətlər araşdırılıb və cavablandırılıb.

Müraciətlərə Bakıda və regionlarda yerləşən 15 “ASAN xidmət”, 2 “ASAN Kommunal” mərkəzində və 2 KOB evində (Kiçik və orta biznes evləri) fəaliyyət göstərən Texniki Şuralarda baxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.