İQTİSADİYYAT


Enerji Məsələlərini Tənzimləmə Agentliyinə apreldə 523 vətəndaş müraciət edib

Bakı, 12 may, AZƏRTAC

Cari ilin aprel ayı üzrə istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə bilavasitə və Energetika Nazirliyindən 523 müraciət daxil olub.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, elektrik enerjisi təchizatı ilə bağlı 34-ü məlumat üçün olmaqla cəmi 439, təbii qaz təchizatı ilə bağlı 7-i məlumat üçün olmaqla cəmi 67, istilik təchizatı ilə bağlı cəmi 2, digər məsələlərlə bağlı isə 15 müraciət edilib. 523 müraciətdən 217 müraciət Agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (5 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib), 5 müraciət Energetika Nazirliyi ilə müştərək icra edilib, 260 müraciət hazırda baxılma prosesindədir, 41 məlumat xarakterli müraciətdən 20-si qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.