DÜNYA


Enerji böhranı Avropada daş kömürdən istifadəni artırıb

Enerji böhranı Avropada daş kömürdən istifadəni artırıb

Bakı, 14 yanvar, AZƏRTAC

Avropanı bürüyən enerji böhranı səbəbindən qitə dövlətləri ekoloji cəhətdən təmiz olmayan daş kömür istifadəsini artırıb.

AZƏRTAC Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına istinadla xəbər verir ki, Ukrayna böhranının başlaması ilə əlaqədar olaraq Avropa dövlətlərinin Rusiya qazından imtina etməsi daş kömür istehsalını artırıb.

Hesabatda deyilir ki, 2021-ci illə müqayisədə Avropada daş kömürdən istifadə 6,5 faiz artıb. Avropa İttifaqına daxil olan dövlətlərdə 2021-ci ildə 332 milyon ton daş kömür istehsal edilmişdirsə, 2022-ci ildə bu rəqəm 478 milyon tona qədər yüksəlib.

Avropa İttifaqının (Aİ) planına əsasən 2030-cu ilə kimi müxtəlif ölkələrin ərazisində fəaliyyət göstərən 324 İstilik Enerji Stansiyasının (İES) yarısından çoxu fəaliyyətini dayandırmalı idi. Daş kömürlə işləyən bu stansiyalar atmosferə daha çox zəhərli maddələr buraxdığı üçün ekoloji cəhətdən çirkli enerji mənbəyi hesab olunur. Lakin Rusiya-Ukrayna münaqişəsinin nəticəsində Avropada yaranan enerji böhranı bu planın müvəqqəti olaraq dayandırılmasına səbəb olub. "Bruegel" analitik mərkəzinin məlumatına əsasən hazırda Böyük Britaniya və Polşada daş kömür mədənlərinin fəaliyyəti üçün iqtisadi layihələr hazırlanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.