İQTİSADİYYAT


Enerji istehlakı ilə əlaqədar məhsulların etiketlənməsi qaydaları təsdiqlənib

Enerji istehlakı ilə əlaqədar məhsulların etiketlənməsi qaydaları təsdiqlənib

Bakı, 7 dekabr, AZƏRTAC

Enerji istehlakı ilə əlaqədar məhsulların etiketlənməsi qaydaları təsdiq edilib.

Azərbaycan Respublikasının Nazirlər Kabinetindən AZƏRTAC-a bildirilib ki, qərar məhsulların etiketlənməsi beynəlxalq təcrübəyə əsasən istehlakçıları cihazların enerji istehlakı həcmi üzrə məlumatlandırması məqsədini daşıyır.

Enerji etiketinin forması və tərtibinə dair tələblər məhsulların enerji etiketlənməsinə dair texniki reqlamentlərlə müəyyən olunur. Bundan irəli gələrək, bu istiqamətdə müvafiq reqlamentlərin hazırlanması ilə bağlı Energetika və İqtisadiyyat nazirlikləri tərəfindən tədbirlər həyata keçirilməsi nəzərdə tutulur.

Həmin qaydaların tələblərinə, habelə məhsulların bazara yerləşdirilməsinə nəzarət İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.