DÜNYA


“Eni” və BP şirkətləri Misirdə yeni qaz ehtiyatları aşkarlayıb

Qahirə, 16 sentyabr, AZƏRTAC 

İtaliyanın “Eni” və Böyük Britaniyanın BP şirkətləri Misirin Nil çayı deltasında yerləşən “Böyük Norus” yataqlarının yaxınlığında yeni təbii qaz ehtiyatlarının aşkar edildiyi barədə bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda yeni qaz ehtiyatlarının sahildən 5 kilometr aralıda, 16 metr dərinlikdə olduğu bildirilir. Misirdə neft-qaz yataqlarının kəşfi və istismarı üzrə tərəfdaşlıq edən “Eni” və BP yaxın günlərdə “Əbu Madi” adlanan bu ərazidə müvafiq olaraq hasilatın 75 və 25 faizini həyata keçirəcək. Yaxın vaxtlarda Misirin Neft və Mineral Ehtiyatlar Nazirliyi ilə hasilatın pay bölgüsü üzrə saziş də imzalanacaq. Yeni yataqlarda təbii qaz ehtiyatlarının həcmi barədə məlumat verilməyib.

İtaliya şirkəti 1954-cü ildən Misirin neft-qaz sektorunda fəaliyyət göstərir. Yeni yataqların kəşfiyyatını da “Eni”nin mütəxəssisləri həyata keçirirlər.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.