MƏDƏNİYYƏT


Enrike Qaspar: Türk xalqlarının mədəni irsinin təbliği bizim üçün xüsusi əhəmiyyət kəsb edir

Madrid, 5 dekabr, AZƏRTAC

İspan oxucusu əvvəllər böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin ədəbi irsi barədə o qədər də məlumatlı deyildi. Lakin Azərbaycan Respublikası tərəfindən ölkədən kənarda təşkil edilən müxtəlif tədbirlər mütəfəkkir-şair barədə geniş ictimaiyyətin məlumatlanmasına imkan yaratdı.

Bu barədə AZƏRTAC-a müsahibəsində İspaniya İpək Yolu İnstitutunun vitse-prezidenti Enrike Qaspar deyib.

E.Qaspar vurğulayıb ki, bu mənada, Azərbaycan və Türkiyə səfirliklərinin birgə keçirdikləri tədbirin əhəmiyyətini xüsusilə qeyd etmək istərdim. Türk xalqlarının mədəni irsinin təbliği bizim üçün xüsusi əhəmiyyət kəsb edir.

İspaniya İpək Yolu İnstitutunun vitse-prezidenti qeyd edib ki, İpək Yolu çərçivəsində həyata keçirilən layihələrlə bağlı rəhbəri olduğu İspaniya İpək Yolu İnstitutu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ilə sıx əməkdaşlıq əlaqələrinə malikdir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.